satellite   Azerspace-1: 11135 H 30000

UEFA "Sumqayıt" klubunu cərimələyib

UEFA "Sumqayıt" klubunu cərimələyib

UEFA "Sumqayıt" klubunu cərimələyib.

Naxçıvan televiziyası-ın məlumatına görə, buna komandanın evdə Macarıstanın "Fehervar" kollektivinə uduzduğu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçında meydana yad əşyaların atılması səbəb olub.

"Gənclik şəhəri" təmsilçisi 5 250 avro ziyana düşüb.

Avropa futbol qurumu beş futbolçusu sözügedən qarşılaşmada vərəqə gördüyü üçün Samir Abasovun baş məşqçisi olduğu kollektivə xəbərdarlıq da edib.

Qeyd edək ki, görüş "Sumqayıt"ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatmışdı. Səfərdə rəqibi ilə qolsuz bərabərə qalan komanda turnirlə vidalaşmalı olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM