satellite   Azerspace-1: 11135 H 30000

"Mançester Yunayted"in futbolçusu İtaliya klubuna keçəcək

"Mançester Yunayted"in futbolçusu İtaliya klubuna keçəcək

İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Skott Maktominey İtaliya təmsilçisi "Napoli"yə keçəcək.

Naxçıvan televiziyası xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər transfer barədə razılığa gəliblər.

Şotlandiya millisinin futbolçusunun transferi Neapol təmsilçisinə 30 milyon avroya başa gələcək. Bununla yanaşı, İtaliya klubu futbolçunu satacağı təqdirdə əldə ediləcək məbləğin 10 faizini "Mançester Yunayted"in büdcəsinə köçürəcək. Transferin bu gün rəsmiləşəcəyi gözlənilir.

Futbolçu tibbi müayinədən keçdikdən sonra 2028-ci ilə qədər müqavilə imzalayacaq.

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi "Mançester Yunayted"in yetirməsidir və 2017-ci ildən əsas komandada yer alır. O, meydana çıxdığı 178 matçda 19 qol vurub. S.Maktominey 2018-ci ildən formasını geyindiyi Şotlandiya yığmasında 52 oyunda 9 dəfə fərqlənib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM