satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın yeniyetmə cüdoçuları dünya çempionatını dörd medalla başa vurublar

Azərbaycanın yeniyetmə cüdoçuları dünya çempionatını dörd medalla başa vurublar

Azərbaycanın yeniyetmə cüdoçuları Perunun paytaxtı Limada keçirilən dünya çempionatını dörd medalla başa vurublar.

Naxçıvan televiziyası məlumatına görə, son olaraq tatamiyə çıxan Sübhan Axundov (+90 kq) ilk görüşündə məğlub olub.

Daha əvvəl Nihad Məmişov (55 kq) və Cəsur İbadlı (73 kq) dünya çempionu olublar. Məhəmmədəli Hüsiyev (50 kq) və Mehdi Abbasov (81 kq) bürünc medal qazanıblar.

Azərbaycan millisi medal sıralamasında yalnız Yaponiyadan (2 qızıl, 1 gümüş) geri qalaraq ikinci olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM