satellite   Azerspace-1: 11135 H 30000

Müller “Bavariya”da keçirdiyi rəsmi oyunların sayına görə rekordçu olub

Müller “Bavariya”da keçirdiyi rəsmi oyunların sayına görə rekordçu olub

Yarımmüdafiəçi Tomas Müller “Bavariya”da keçirdiyi rəsmi oyunların sayına görə rekordçu olub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Opta” statistika xidməti məlumat yayıb.

Bazar günü 34 yaşlı futbolçu Bundesliqanın ikinci turunun “Frayburq”la oyununun (2:0) 78-ci dəqiqəsində qol vurub.

Müller 1962-1980-ci illərdə Münhen klubunda çıxış edən Zepp Mayeri qabaqlayıb. O, “Bavariya”nın heyətində 710-cu oyununu keçirib.

Müller 2008-ci ildən Münhen komandasında çıxış edir, 12 dəfə Almaniya çempionu, altı dəfə Almaniya Kubokunun, iki dəfə Çempionlar Liqasının qalibi olub.

O, Almaniya millisinin tərkibində 2014-cü ildə baş tutan dünya çempionatında qızıl medal qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM