satellite   Azerspace-1: 11135 H 30000

Yay fasiləsində transfer olunan futbolçuların sayında rekord qeydə alınıb

Yay fasiləsində transfer olunan futbolçuların sayında rekord qeydə alınıb

Yayda müxtəlif ölkələrin klubları arasında transfer olunan futbolçuların sayında rekord qeydə alınıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb.

Transferlərin ümumi sayı hazırda 10,9 mini ötüb. Kişi futbolunda ümumi transfer xərcləri 6,4 milyard dollara çatıb ki, bu da tarixdə ikinci ən yüksək göstəricidir.

Ən çox transfer İngiltərə klubları arasında baş tutub. 526 futbolçu (1,60 milyard dollar) alınıb, 523 (1,25 milyard dollar) oyunçu satılıb. Bu göstəricilər bu yay dünyada ən yüksək olub.

Futbolçulara xərclənən vəsaitə görə İngiltərədən sonra İtaliya klubları (825 milyon dollar) gəlir. Bu mənada Fransa üçüncüdür (697 milyon dollar).

Satış gəlirlərinə görə isə Fransa klubları ikinci (756 milyon dollar), İspaniya təmsilçiləri üçüncü yerdə (556 milyon dollar) qərarlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM