satellite   Azerspace-1: 11135 H 30000

Voleybol üzrə "Muxtariyyət kuboku" uğrunda birincilik keçirilir - YENİLƏNƏCƏK - FOTOLAR

Voleybol üzrə "Muxtariyyət kuboku" uğrunda birincilik keçirilir<font color='red'> - YENİLƏNƏCƏK</font><font color=red> - FOTOLAR</font> Voleybol üzrə "Muxtariyyət kuboku" uğrunda birincilik keçirilir<font color='red'> - YENİLƏNƏCƏK</font><font color=red> - FOTOLAR</font>

Azərbaycan və Türkiyə komandalarının iştirakı ilə Naxçıvanda yeniyetmə qızlar arasında voleybol üzrə "Muxtariyyət kuboku" uğrunda birincilik keçirilir.

Naxçıvan televiziyası xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının dəstəyi ilə keçirilən yarışda U-16 Azərbaycan millisi, Gəncə, Sumqayıt, Tovuz, Şərqi Zəngəzur Regional voleybol klublarının, Türkiyənin Əskişəhər və İğdır şəhərlərinin komandaları və Naxçıvan yığması iştirak edirlər.

Yarış Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunub.

4-7 sentyabr 2024-cü il tarixlərində təşkil olunan birinciliyə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksi ev sahibliyi edir.

Qeyd edək ki, ilk görüş Naxçıvan və Sumqayıt komandaları arasında baş tutacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM