satellite   Azerspace-1: 11135 H 30000

Vinçentso Montella Türkiyə millisinin tarixinə düşüb

Vinçentso Montella Türkiyə millisinin tarixinə düşüb

Türkiyə millisinin italiyalı baş məşqçisi Vinçentso Montella yığmanın tarixinə düşüb.

Naxçıvan televiziyası xəbər verir ki, 51 yaşlı mütəxəssis “ay-ulduzlular”ın sükanı arxasında ardıcıl 3 ev oyununda qələbə qazanmağı bacaran ilk məşqçi olub. O, bunu ötən gün UEFA Millətlər Liqasının III turunda Samsun şəhərində Monteneqro ilə keçirilmiş matçda (1:0) reallaşdırıb.

Türkiyə seçməsi Montellanın rəhbərliyi altında daha əvvəl evdə keçirdiyi görüşlərdə İslandiya (3:1) və Latviyanı (4:0) məğlub edib.

Qeyd edək ki, B Liqasının IV qrupunda yer alan Türkiyə yığması 3 turdan sonra topladığı 7 xalla ilk pillədə qərarlaşıb.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM