satellite   Azerspace-1: 11135 H 30000

Slovakiya və Azərbaycan millilərinin Bakıda mətbuat konfranslarının vaxtı bəlli olub

Slovakiya və Azərbaycan millilərinin Bakıda mətbuat konfranslarının vaxtı bəlli olub

UEFA Millətlər Liqasının qrup mərhələsindəki Azərbaycan - Slovakiya oyunundan əvvəl təşkil ediləcək açıq məşqlər və mətbuat konfranslarının vaxtı müəyyənləşib.

Naxçıvan televiziyası AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 13-də ilk olaraq saat 16:15-də Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş jurnalistlərin suallarını cavablandıracaq.

Yığmamızın açıq məşqi saat 17:00-da olacaq.

Saat 18:45-də qonaq komandanın açıq məşqi, 19:30-da isə mətbuat konfransı gerçəkləşəcək.

Qeyd edək ki, oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan - Slovakiya görüşü saat 20:00-da start götürəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM