satellite   Azerspace-1: 11135 H 30000

Messi Cənubi Amerika üzrə seçmə mərhələdə üç het-trik edən ilk futbolçu olub

Messi Cənubi Amerika üzrə seçmə mərhələdə üç het-trik edən ilk futbolçu olub

Argentina millisinin ulduzu Lionel Messi dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsində üç het-trik edən ilk futbolçu olub.

Naxçıvan televiziyası "MisterChip"ə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu bunu DÇ-2026-nın seçmə mərhələsində Boliviyaya böyük hesabla (6:0) qalib gəldikləri oyunda reallaşdırıb.

Het-trikə imza atan L.Messi, bununla yanaşı, iki məhsuldar ötürmə də edib.

Qeyd edək ki, hücumçu DÇ-2026-nın seçmə mərhələsində Boliviyaya qarşı iki dəfə, Ekvadorla oyunda isə bir dəfə het-trik müəllifi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM