satellite   Azerspace-1: 11135 H 30000

"Barselona" klubu 250 milyon avroluq təklifdən imtina edib

"Barselona" klubu 250 milyon avroluq təklifdən imtina edib

İspaniyanın "Barselona" klubu bu il futbolçusu Lamin Yamal üçün 250 milyon avroluq təklifdən imtina edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin prezidenti Xuan Laporta açıqlama verib.

"Altı ay əvvəl mənə Lamini 250 milyon avroya almaq təklifi ilə müraciət etdilər. Amma bu təklifi rədd etdim. O, dünyanın ən məşhur futbolçusudur", - deyə X.Laporta bildirib.

Deyilənə görə, L.Yamal üçün 250 milyon ödəməyə hazır olan klub PSJ-dir (Fransa).

Qeyd edək ki, 17 yaşlı yarımmüdafiəçi İspaniya yığmasının tərkibində AVR0-2024-ün qalibi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM