satellite   Azerspace-1: 11135 H 30000

Qurban Qurbanov "Qarabağ"ı Azərbaycan çempionatında 500-cü oyuna çıxarıb

Qurban Qurbanov "Qarabağ"ı Azərbaycan çempionatında 500-cü oyuna çıxarıb

“Qarabağ” Qurban Qurbanovun baş məşqçi olduğu dövrdə 500-cü çempionat oyununu keçirib.

Naxçıvan televiziyası Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XI turuna təsadüf edib.

Ağdam klubu yubiley görüşündə “Şamaxı”nı 3:0 hesabı ilə məğlub edib.

17-ci mövsümdür “Qarabağ”da işləyən Qurbanovun debütü 2008-ci il avqustun 9-da “Bakılı” ilə səfər görüşünə təsadüf edib.

Həmin qarşılaşmada onun komandası 2:1 hesabı ilə qalib gəlib. Ağdam klubu onun baş məşqçi olduğu müddətdə Premyer Liqada 315 qələbə qazanıb, 116 heç-heçə edib və 69 dəfə uduzub.

Qeyd edək ki, Qurban Qurbanov ölkə çempionatı tarixində həm eyni komandada, həm də ümumilikdə ən çox oyun keçirən baş məşqçidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM