satellite   Azerspace-1: 11135 H 30000

Rusiya - Azərbaycan oyunlarının hakimləri açıqlanıb

Rusiya - Azərbaycan oyunlarının hakimləri açıqlanıb

Qadınlardan ibarət Azərbaycan milli komandasının noyabrın 28-də və dekabrın 2-də Rusiya yığması ilə Soçidə keçirəcəyi yoldaşlıq görüşlərinin hakimləri müəyyənləşib.

Naxçıvan televiziyası xəbər verir ki, hər iki oyunu Tacikistandan olan eyni hakimlər briqadası idarə edəcək.

Qarşılaşmalarda Nodira Mirzoyeva ədaləti qoruyacaq. Baş hakimin köməkçiləri Dilşoda Rahmonova və Farhod Kuralov olacaqlar. Dördüncü hakim funksiyasını Anastasiya Ponomaryova yerinə yetirəcək.

Qeyd edək ki, ilk oyun FİŞT Olimpiya Stadionunda, ikinci görüş isə “Soçi” klubunun məşq bazasında keçiriləcək. Hər iki matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM