satellite   Azerspace-1: 11135 H 30000

UEFA Konfrans Liqasında IV tura 17 oyunla yekun vurulacaq

UEFA Konfrans Liqasında IV tura 17 oyunla yekun vurulacaq

UEFA Konfrans Liqasının Liqa mərhələsində IV tura bu gün keçiriləcək 17 oyunla yekun vurulacaq.

Naxçıvan televiziyası xəbər verir ki, İngiltərənin “Çelsi” klubu səfərdə “Haydenhaym”ın (Almaniya) qonağı olacaq.

İtaliya “Fiorentina”sı evdə “Pafos”la (Kipr) üz-üzə gələcək. İspaniyanın “Betis” klubu səfərdə Çexiya təmsilçisi “Mlada Boleslav”la qarşılaşacaq.

UEFA Konfrans Liqası

Liqa mərhələsi

IV tur

28 noyabr

19:30. “Astana” (Qazaxıstan) - “Vitoriya” (Portuqaliya)
21:45. “Molde” (Norveç) - APOEL (Kipr)
21:45. “Haydenhaym” (Almaniya) - “Çelsi” (İngiltərə)
21:45. “Serkl Brügge” (Belçika) - “Harts” (Şotlandiya)
21:45. TNS (Uels) - “Yurqorden” (İsveç)
21:45. “Sankt-Qallen” (İsveçrə) - TSK (Serbiya)
21:45. “Panatinaikos” (Yunanıstan) - HJK (Finlandiya)
21:45. “Borats” (Bosniya və Herseqovina) - LASK (Avstriya)
21:45. “Sele” (Sloveniya) - “Yagelloniya” (Polşa)
21:45. “Dinamo” (Minsk, Belarus) - “Kopenhagen” (Danimarka)
21:45. “Noa” (Ermənistan) - “Vikinqur” (İslandiya)
00:00. “Fiorentina” (İtaliya) - “Pafos” (Kipr)
00:00. “Rapid” (Avstriya) - “Şemrok Rovers” (İrlandiya)
00:00. “Omoniya” (Kipr) - “Legiya” (Polşa)
00:00. “Olimpiya” (Sloveniya) - “Larne” (Şimali İrlandiya)
00:00. “Luqano” (İsveçrə) - “Gent” (Belçika)
00:00. “Mlada Boleslav” (Çexiya) - “Betis” (İspaniya)

Qeyd edək ki, Liqa mərhələsində ötən gün bir qarşılaşma keçirilib. Türkiyənin “Başakşehir” klubu evdə Moldova təmsilçisi “Petrokub”la heç-heçə edib - 1:1. VI tura dekabrın 12-də start veriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM