satellite   Azerspace-1: 11135 H 30000

"Fənərbağça" bu mövsüm Türkiyə Kubokuna qatılacağını açıqlayıb

"Fənərbağça" bu mövsüm Türkiyə Kubokuna qatılacağını açıqlayıb

"Fənərbağça" klubu bu mövsüm futbol üzrə Türkiyə Kubokuna qatılacağını açıqlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin prezidenti Ali Koç keçirdiyi mətbuat konfransında bildirib.

"Türkiyə Kubokunun oyunlarında iştirak edəcəyik Meydana U-19 komandası ilə deyil, baş məşqçimizin uyğun hesab etdiyi heyətlə çıxacağıq. Əgər işlər qaydasında getməzsə, geri çəkilmək hüququmuz var”, - deyə o, söyləyib.

Qeyd edək ki, bir müddət əvvəl "Fənərbağça" Türkiyə Futbol Federasiyasına ölkə kubokunda iştirak etməməklə bağlı məktub ünvanlamışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

09:48 09.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM