satellite   Azerspace-1: 11135 H 30000

“Mançester Siti” misirli hücumçu ilə razılıq əldə edib

“Mançester Siti” misirli hücumçu ilə razılıq əldə edib

Almaniyanın "Ayntraxt" komandasının futbolçusu Omar Marmuş İngiltərənin "Mançester Siti" klubuna keçəcək.

Naxçıvan televiziyası xarici mətbuata istinadən xəbər verir ki, klublar arasında danışıqlar son mərhələdədir.

Frankfurt təmsilçisi misirli hücumçunu qışda buraxmaq istəməsə də, oyunçunun “şəhərlilər”ə keçmək istəməyi buna maneə olub.

“Mançester Siti” futbolçu ilə 5 illik müqavilə bağlayacaq. İddiaya görə, İngiltərə nəhəngi bu keçid üçün qarşı tərəfə 60 milyon avro ödəyəcək.

Qeyd edək ki, Omar Marmuş bu mövsüm “Ayntraxt” forması ilə 24 matça 18 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

09:48 09.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM