satellite   Azerspace-1: 11135 H 30000

FIDE Vüqar Həşimovun atasının vəfatı ilə bağlı başsağlığı verib

FIDE Vüqar Həşimovun atasının vəfatı ilə bağlı başsağlığı verib

Beynəlxalq Şahmat Federasiyası (FIDE) mərhum qrosmeyster Vüqar Həşimovun atası Qasım Həşimovun vəfatı ilə bağlı başsağlığı verib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə FIDE-nin Mətbuat Xidməti məlumat yayıb.

"Mərhum şahmatçı Vüqar Həşimovun atası, Azərbaycanın əməkdar şahmat məşqçisi Qasım Həşimov faciəli şəkildə dünyasını dəyişib. O, həmçinin Vüqar Həşimov Memorialının Təşkilat Komitəsinin rəhbəri vəzifəsində çalışıb. Onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Qasım Həşimov Abşeron rayonu, Novxanı kəndindəki fərdi yaşayış evində partlayış baş verməsi nəticəsində xəsarət almışdı. O, yanvarın 8-də müalicə aldığı xəstəxanada vəfat edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

09:48 09.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM