satellite   Azerspace-1: 11135 H 30000

Joze Mourinyo karyerasını İngiltərədə davam etdirə bilər

Joze Mourinyo karyerasını İngiltərədə davam etdirə bilər

Türkiyənin "Fənərbağça" klubunun baş məşqçisi Joze Mourinyo karyerasını İngiltərədə davam etdirə bilər.

Naxçıvan televiziyası "The Sun"a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis ötən gün Şon Dayçla yolları ayıran "Everton" komandasının "sükanı arxasına" keçə bilər.

Liverpul klubu İngiltərə Premyer Liqasının turnir cədvəlində 17 xalla 16-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, Joze Mourinyo 2024-cü ilin yayında "Fənərbağça"ya baş məşqçi təyin edilib. Mütəxəssis daha əvvəl "Roma" (İtaliya), "Tottenhem", "Mançester Yunayted", "Çelsi" (hamısı İngiltərə), "Real" (İspaniya), "Portu", "Leyriya" və "Benfika" (hamısı Portuqaliya) klublarını çalışdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

09:48 09.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM