satellite   Azerspace-1: 11135 H 30000

AVRO-2026-nın əsas mərhələsi: Xorvatiya - Azərbaycan matçının təyinatları açıqlanıb

AVRO-2026-nın əsas mərhələsi: Xorvatiya - Azərbaycan matçının təyinatları açıqlanıb

Futzal üzrə AVRO-2026-nın əsas mərhələsində Azərbaycan millisinin Xorvatiya yığması ilə qarşılaşacağı görüşün hakim təyinatları açıqlanıb.

Naxçıvan televiziyası Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 31-də Pula şəhərində keçiriləcək görüşü Moldova və Estoniyadan olan hakimlər idarə edəcək.

Qarşılaşmada birinci hakim kimi Viktor Buqenko (Moldova) fəaliyyət göstərəcək. Digər hakimlər isə estoniyalı Qriqori Oşomkov və Yaqnar Yakobson olacaq. Matçın UEFA nümayəndəsi Stefan Kammerer (Almaniya) təyin edilib.

Qeyd edək ki, "Mate Parlov"da keçiriləcək Xorvatiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM