satellite   Azerspace-1: 11135 H 30000

Çempionlar Liqası: “Barselona” “Benfika”, “Bayer” “Atletiko”, “Lill” “Liverpul” səfərində

Çempionlar Liqası: “Barselona” “Benfika”, “Bayer” “Atletiko”, “Lill” “Liverpul” səfərində

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində VII tura start veriləcək.

Naxçıvan televiziyası xəbər verir ki, azarkeşlər ilk oyun günündə 9 qarşılaşmaya şahidlik edəcəklər.

“Benfika” Portuqaliyada İspaniyanın “Barselona” klubunu, “Atletiko” Madrid şəhərində Almaniyanın “Bayer” komandasını sınağa çəkəcək. Fransa təmsilçisi “Lill” isə İngiltərədə “Liverpul”un qonağı olacaq. Hər üç matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

UEFA Çempionlar Liqası: Liqa mərhələsi, VII tur

21 yanvar

21:45. “Monako” (Fransa) - “Aston Villa” (İngiltərə)

21:45. “Atalanta” (İtaliya) - “Şturm” (Avstriya)

00:00. “Liverpul” (İngiltərə) - “Lill” (Fransa)

00:00. “Benfika” (Portuqaliya) - “Barselona” (İspaniya)

00:00. “Srvena Zvezda” (Serbiya) - PSV (Niderland)

00:00. “Atletiko” (İspaniya) - “Bayer” (Almaniya)

00:00. “Slovan” (Slovakiya) - “Ştutqart” (Almaniya)

00:00. “Bolonya” (İtaliya) - “Borussiya” (Dortmund, Almaniya)

00:00. “Brügge” (Belçika) - “Yuventus” (İtaliya)

Qeyd edək ki, VII turun növbəti oyunları yanvarın 22-də təşkil olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM