satellite   Azerspace-1: 11135 H 30000

Avropa Liqası: "Beşiktaş" İspaniya klubunu qəbul edəcək

Avropa Liqası: "Beşiktaş" İspaniya klubunu qəbul edəcək

Türkiyənin "Beşiktaş" klubu bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.

Naxçıvan televiziyası-ın məlumatına görə, Ule Qunnar Solskyaerin baş məşqçisi olduğu kollektiv İspaniyanın "Atletik" (Bilbao) komandasını qəbul edəcək.

Liqa mərhələsinin VII turunun qarşılaşması Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Meydan sahibləri 6 xalla 28-ci, qonaqlar 16 xalla 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, açılış matçında "Qalatasaray" Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə heç-heçə edib - 3:3. VII turun digər matçları yanvarın 23-də baş tutacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM