satellite   Azerspace-1: 11135 H 30000

"Barselona" Çempionlar Liqasında 10 ildən sonra ardıcıl altı oyunda qələbə qazanıb

"Barselona" Çempionlar Liqasında 10 ildən sonra ardıcıl altı oyunda qələbə qazanıb

İspaniyanın "Barselona" klubu 2015-ci ildən sonra ilk dəfə UEFA Çempionlar Liqasında (ÇL) ardıcıl altı oyunda qələbə qazanıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası məlumat yayıb.

Kataloniya təmsilçisi sonuncu dəfə 10 il əvvəl belə seriyaya malik olub.

Hans-Diter Flikin baş məşqçisi olduğu kollektiv altı matçın hər birində üç və daha çox qol vurub. Bu isə ÇL tarixində 3-cü belə seriyadır.

2019/2020 mövsümündə Almaniyanın "Bavariya" klubu məhz Flikin rəhbərliyi altında 6 qarşılaşmanın hər birində üç və daha çox qolla yadda qalıb.

Qitənin bir nömrəli turnirində rekord İngiltərənin "Mançester Siti" komandasına məxsusdur. "Şəhərlilər" Xosep Qvardiolanın rəhbərliyi altında 9 görüşdə 3 və daha çox qol vurub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM