satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda həndbol üzrə yeni çempionat yaradılacaq

Azərbaycanda həndbol üzrə yeni çempionat yaradılacaq

Azərbaycanda həndbol üzrə yeni çempionat yaradılacaq.

Bu barədə Naxçıvan televiziyası-a Azərbaycan Həndbol Federasiyasının İdman şöbəsinin rəhbəri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov məlumat verib.

Mütəxəssis reqalmentlə bağlı dəyişikliklər olacağını da bildirib:

“Bu ildən etibarən həndbol üzrə yeni çempionat keçiriləcək. Bu yarış I Liqa adlanacaq. Hazırda Azərbaycan Yüksək Liqasında kişilərdən ibarət 9, qadınlardan ibarət 6 komanda çıxış edir. Rayon komandaları da daxil olmaqla, digərləri I Liqada çıxış edəcək. Yüksək Liqanın oyunları hər həftə olmaqla mövsümboyu keçiriləcək. I Liqanı isə ildə iki dəfə, dairəvi sistem üzrə təşkil etməyi planlaşdırırıq. Burada birinci yeri tutan Yüksək Liqanın sonuncu komandası ilə qarşılaşacaq. Bu dueldə qələbə qazanan komanda növbəti mövsüm Yüksək Liqada, uduzan isə I Liqada mübarizə aparacaq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM