satellite   Azerspace-1: 11135 H 30000

“Qalatasaray”ın sabiq futbolçusu karyerasını bitirib

“Qalatasaray”ın sabiq futbolçusu karyerasını bitirib

Braziliya millisinin və Türkiyənin “Qalatasaray” komandasının sabiq futbolçusu Felipe Melo karyerasını bitirib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə 41 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşım edib.

Son olaraq ölkəsinin “Fluminense” komandasında çıxış etmiş keçmiş futbolçu yazıb: “Bu gün həyatımın ən önəmli dövrlərindən birini bitirirəm. Futbolçu karyeramı başa vururam”.

Qeyd edək ki, Felipe Melo karyerası ərzində “Qalatasaray”la yanaşı, İtaliyanın “Yuventus” və “İnter” kimi tanımış komandalarının da formasını geyinib. O, Braziliya millisinin heyətində 22 matçda 2 qolla yadda qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM