satellite   Azerspace-1: 11135 H 30000

PSJ yayda "Real"ın futbolçusunu transfer edə bilər

PSJ yayda "Real"ın futbolçusunu transfer edə bilər

Fransanın PSJ klubu yay "transfer pəncərəsi"ndə "Real"ın (İspaniya) 24 yaşlı futbolçusu Rodriqonu transfer edə bilər.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə jurnalist Abdella Bulma sosial şəbəkə səhifəsində məlumat paylaşıb.

Braziliyalı hücumçu 2019-cu ildə "Santos"dan Madrid klubuna transfer edilib. O, "Real"ın heyətində ümumilikdə 243 oyun keçirib, 65 qola və 47 məhsuldar ötürməyə imza atıb.

Qeyd edək ki, braziliyalı futbolçunun klubla hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı onun dəyərini 100 milyon avro qiymətləndirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM