satellite   Azerspace-1: 11135 H 30000

Şahmat üzrə Azərbaycan çempionatında bütün finalçılar məlum olub

Şahmat üzrə Azərbaycan çempionatında bütün finalçılar məlum olub

Şahmat üzrə Azərbaycan çempionatında bütün finalçılar məlum olub.

Naxçıvan televiziyası xəbər verir ki, kişilərin yarışında Teymur Rəcəbov və Rauf Məmmədov rapid mübarizəsində də bərabərə qalıb.

Armageddonda yarışan Rəcəbovla Məmmədovun duelində ikinci qələbə qazanıb.

Qadınlarda isə hər iki finalçı tay-brekdən sonra müəyyənləşib. Günay Məmmədzadə Gülnar Məmmədovadan üstün olub 1,5:0,5.

Digər cütlükdə isə Gövhər Beydullayeva Ülviyyə Fətəliyevaya qalib gəlib 1,5:0,5.

Beləliklə sabah başlayacaq finalda Şəhriyar Məmmədyarov Rauf Məmmədovla, Günay Məmmədzadə isə Gövhər Beydullayevayla qarşılaşacaq. Üçüncü yer uğrunda görüşlərdə Misrətdin İskəndərovla Teymur Rəcəbov, Gülnar Məmmədova isə Ülviyyə Fətəliyeva ilə üz-üzə gələcək.

Landmark Biznes Mərkəzində keçirilən oyunlar saat 15-00-da başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Ordubadda qaya uçqunu olub

09:36 16.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM