satellite   Azerspace-1: 11135 H 30000

"Mançester Siti"nin futbolçusu mövsümü erkən başa vura bilər

"Mançester Siti"nin futbolçusu mövsümü erkən başa vura bilər

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Manuel Akanci mövsümü erkən başa vura bilər.

Naxçıvan televiziyası xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçinin zədə səbəbindən yayadək matçlarda iştirak etməmək ehtimalı var.

İsveçrəli oyunçu İspaniya təmsilçisi "Real"a evdə 2:3 hesabı ilə uduzduqları Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında sıradan çıxıb.

Qeyd edək ki, Manuel Akanci cari mövsüm 30 oyunda bir məhsuldar ötürmə ilə yadda qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM