satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan boksçuları Rumıniyada beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycan boksçuları Rumıniyada beynəlxalq turnirdə iştirak edəcəklər

Gənc boksçulardan ibarət Azərbaycan millisi Rumıniyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

Naxçıvan televiziyası xəbər verir ki, komanda Breila şəhərində təşkil olunacaq “Drakula Open”ə 14 idmançı ilə qatılacaq.

Baş məşqçi Elbrus Rzayev yarışda Bilalhəbaşi Nəzərov, Hikmət Məmmədov (hər ikisi 48 kq), Nihat Qasımov (51 kq), Zidan Hümbətov (54 kq), Sübhan Babayev (57 kq), Baqir Əmirxanlı (60 kq), Vüsal Xəlilov (63,5 kq), Valeh Eyvazlı (67 kq), Rza Rzayev (71 kq), Abbasqulu Şadlinski, Renat Qiyaslı (hər ikisi 75 kq), Mircəlal Mirağayev (80 kq), Hüseyn Hüseynli (92 kq) və Məhəmməd Cəfərova (+92 kq) şans verəcək.

Turnirdə Rövşən Qədirovla Qalib Əbiyev Azərbaycanı hakim kimi təmsil edəcəklər.

Qeyd edək ki, fevralın 16-da başlayacaq “Drakula Open”də final döyüşləri ayın 23-də baş tutacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM