satellite   Azerspace-1: 11135 H 30000

Superliqada çıxış edən futbolçu qeyri-etik davranışına görə 1 illik şərti cəza alıb

Superliqada çıxış edən futbolçu qeyri-etik davranışına görə 1 illik şərti cəza alıb

Türkiyə Superliqası təmsilçisi "Alanyaspor"un və Cənubi Koreya millisinin futbolçusu Hvan Iy Co qeyri-etik davranışına görə 1 illik şərti cəza alıb.

Naxçıvan televiziyası "Yonhap News"a istinadən xəbər verir ki, buna 32 yaşlı hücumçunun cinsi əlaqə zamanı qarşı tərəfin icazəsi olmadan onu videoya çəkməsi səbəb olub.

Futbolçunun sözlərinə görə, videonu sosial şəbəkələrdə qohumu yayıb və onu pula görə şantaj edib.

Qeyd edək ki, Hvan Iy Co cari mövsüm "Alanyaspor"un heyətində 17 oyunda 5 qol vurub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM