satellite   Azerspace-1: 11135 H 30000

"Beşiktaş"ın futbolçusu Rusiya klubuna keçməyə razılıq verib

"Beşiktaş"ın futbolçusu Rusiya klubuna keçməyə razılıq verib

"Beşiktaş"ın portuqaliyalı futbolçusu Jedson Fernandeş "Spartak"a (Moskva) keçməyə razılıq verib.

Naxçıvan televiziyası Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiya klubu oyunçuya ildə 4 milyon avro məvacib təklif edib.

"Spartak" 26 yaşlı yarımmüdafiəçi üçün 25 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, J.Fernandeş 2022-ci ilin yayından "Beşiktaş"da çıxış edir. O, komandanın heyətində müxtəlif turnirlərdə 114 oyun keçirib, 14 qola və 15 məhsuldar ötürməyə imza atıb. Fernandeş "Beşiktaş"ın heyətində Türkiyə Kuboku və Super Kubokunu qazanıb.

"Spartak" Rusiya Premyer Liqasının turnir cədvəlində 18 turdan sonra 37 xalla üçüncü pillədə qərarlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM