satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın dörd şahmatçısı dünya çempionatına qələbə ilə başlayıb

Azərbaycanın dörd şahmatçısı dünya çempionatına qələbə ilə başlayıb

Azərbaycanın dörd təmsilçisi Monteneqronun Petrovaç şəhərində 20 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatının I turunda qələbə qazanıb.

Bu barədə Naxçıvan televiziyası-a Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Xəzər Babazadə, Şiroğlan Talıbov, Ayan Allahverdiyeva və Nərmin Abdinova ilk turun partiyalarında qalibiyyət əldə ediblər. Lalə Hüseynova isə məğlub olub

Qeyd edək ki, 61 ölkədən 263 şahmatçının iştirak etdiyi yarış 11 turdan ibarətdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM