satellite   Azerspace-1: 11135 H 30000

"Milan"ın futbolçusu Kakanın nailiyyətini təkrarlayıb

"Milan"ın futbolçusu Kakanın nailiyyətini təkrarlayıb

"Milan" klubunun futbolçusu Rafael Leau İtaliya təmsilçisinin sabiq üzvü Kakanın uğurunu təkrarlayıb.

Naxçıvan televiziyası "Opta"ya istinadən xəbər verir ki, 25 yaşlı hücumçu buna A Seriyasının IX turundan təxirə salınmış "Bolonya" ilə matçda fərqlənməklə nail olub.

Portuqaliyalı forvard Kakadan sonra komandada İtaliya çempionatında ardıcıl 6 mövsümdə beşdən çox qol vuran ilk futbolçu olub. "Rossenerilər"də bu nəticəyə sonuncu dəfə 2003-2009-cu illər aralığında braziliyalı oyunçu nail olub.

Qeyd edək ki, "Milan" səfərdə "Bolonya"ya 1:2 hesabı ilə uduzub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM