satellite   Azerspace-1: 11135 H 30000

Çempionlar Liqası: "Barselona"nın üzvü bir oyunda qol vuran və assist edən ən gənc futbolçu olub

Çempionlar Liqası: "Barselona"nın üzvü bir oyunda qol vuran və assist edən ən gənc futbolçu olub

İspaniyanın "Barselona" klubunun futbolçusu Lamin Yamal UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Naxçıvan televiziyası Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, vinger buna "Benfika"ya qalib gəldikləri 1/8 final mərhələsinin cavab oyununda nail olub.

İspaniya millisinin üzvü qitənin bir nömrəli klub turnirində bir matçda həm qol vuran, həm də məhsuldar ötürmə ilə yadda qalan ən gənc oyunçudur. Yamal bunu 17 yaş, 241-ci günündə bacarıb. O, 2014-cü ildə qol və assist müəllifi olan "Bazel"in sabiq futbolçusu Brel Embolonu (17 yaş, 263 gün) geridə qoyub.

Qeyd edək ki, qarşılaşma "Barselona"nın 3:1 hesablı qalibiyyəti ilə başa çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM