satellite   Azerspace-1: 11135 H 30000

DÇ-2026: Argentina millisi Braziliyanı məğlub edib

DÇ-2026: Argentina millisi Braziliyanı məğlub edib

DÇ-2026-nın Cənubi Amerika üzrə seçmə mərhələsində Argentina millisi Braziliyanı məğlub edib.

Naxçıvan televiziyası xəbər verir ki, Buenos-Ayresdə baş tutan görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Son dünya çempionlarının heyətində Xulian Alvares (4), Entso Fernandes (12), Aleksis Makallister (37) və Culiano Simeone (71) fərqlənib. Braziliya millisinin yeganə qolunu Mateus Kunya 26-cı dəqiqədə rəqib qapısından keçirib.

Argentina millisinin kapitanı Lionel Messi zədə səbəbindən bu oyunda iştirak etməyib.

Qeyd edək ki, "tanqoçular" dünya çempionatının final mərhələsinə vəsiqəni rəsmiləşdirib. 31 xalla turnir cədvəlinin ilk pilləsində yer alan Argentina üç ölkədə - Kanada, Meksika və ABŞ-də təşkil olunacaq mundialdakı yerini təmin edib. Braziliya isə hazırda 21 xalla dördüncüdür. Seçmə mərhələnin sonunda turnir cədvəlində ilk 6 yeri tutan komandalar dünya çempionatının əsas mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM