satellite   Azerspace-1: 11135 H 30000

DÇ-2026: Azərbaycan - Ukrayna oyununa 8 minə yaxın bilet satılıb

DÇ-2026: Azərbaycan - Ukrayna oyununa 8 minə yaxın bilet satılıb

Azərbaycan millisinin Bakıda Ukraynaya qarşı keçirəcəyi DÇ-2026-nın seçmə mərhələsinin oyununa 8 minə yaxın bilet satılıb.

Bu barədə NTV AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Murad Axundov məlumat verib.

Onun sözlərinə görə, matç saatına qədər satılmış biletlərin sayı 10 minə çata bilər.

Qeyd edək ki, qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionu 31 200 azarkeş tutumuna malikdir.

Bu gün keçiriləcək Azərbaycan - Ukrayna matçı saat 20:00-da start götürəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM