satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın U-15 millisi Monteneqroya qalib gəlib

Azərbaycanın U-15 millisi Monteneqroya qalib gəlib

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb.

NTV xəbər verir ki, Bakıda hazırlıq keçən Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan U-15 3:1 hesablı qələbə qazanıb.

Yığmanın heyətində qolları 5-ci dəqiqədə Həsən Mürşüdzadə, 51-ci dəqiqədə Xəzər Hüseynzadə və 81-ci dəqiqədə Murad Məmmədov vurublar.

Qeyd edək ki, komandalar arasında sentyabrın 16-da keçirilən ilk yoxlama oyunu 0:0 hesablı heç-heçə nəticələnib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM