satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanlı idmançı Əmrah Nağıyev Tbilisi Marafonununun ilk onluğunda - FOTOLAR

Naxçıvanlı idmançı Əmrah Nağıyev Tbilisi Marafonununun ilk onluğunda <font color=red> - FOTOLAR</font> Naxçıvanlı idmançı Əmrah Nağıyev Tbilisi Marafonununun ilk onluğunda <font color=red> - FOTOLAR</font> Naxçıvanlı idmançı Əmrah Nağıyev Tbilisi Marafonununun ilk onluğunda <font color=red> - FOTOLAR</font> Naxçıvanlı idmançı Əmrah Nağıyev Tbilisi Marafonununun ilk onluğunda <font color=red> - FOTOLAR</font>

Naxçıvanlı idmançı Əmrah Nağıyev Tbilisi Marafonununun ilk onluğunda

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NTV-yə  verilən məlumata görə, sentyabrın 28-i Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Tbilisi Marathon 2025” marafonu keçirilib. Ənənəvi yarışda 55 ölkədən ümumilikdə 2710 insan iştirak edib. Kütləvi idman layihəsi çərçivəsində yarımarafon (21 km), 10 km məsafəyə qaçış və uşaq qaçışları (0.5 km; 1.2 km) reallaşıb. 

Azərbaycanı yarışda təmsil edən idmançılardan biri də Ordubad rayonundan olan Əmrah Nağıyev olub. Peşəkar karyerasında 4-cü dəfə Tbilisi marafonuna qatılan atletimizi bundan öncəki nəticələrini geridə qoyaraq şəxsi nəticəsini yaxşılaşdırıb. Belə ki, Əmrah 10 kilometri 35 dəqiqə 5 saniyəyə qət edərək həmin məsafədə 6-cı olub. İdmançıya marafonun medalı və xatirə suveniri təqdim olunub. 

Xatırladaq ki, müxtəlif məsafələrdə Azərbaycan birinciliklərinin, beynəlxalq turnirlərin qalibi və mükafatçısı olan Əmrah Nağıyev Gürcüstanla yanaşı, Azərbaycan, Türkiyə və beynəlxalq marafonların daimi iştirakçısıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM