satellite   Azerspace-1: 11135 H 30000

"Turan Tovuz" rəsmisinin klubdan ayrılmasının səbəbi bəlli olub

"Turan Tovuz" rəsmisinin klubdan ayrılmasının səbəbi bəlli olub

"Turan Tovuz"un İdarə Heyətinin sədr müavini, klubun infrastruktur və maliyyə üzrə direktoru Əli Balakişiyevin vəzifəsindən ayrılmasının səbəbi müəyyənləşib.

Bu barədə NTV-yə komandanın sabiq rəsmisinin özü məlumat verib.

O, bunu şəxsi işlərinin çoxluğu ilə əlaqələndirib:

"Öz işlərim var, onlarla məşğulam, tam fərqli sahədir. Artıq bir aydan çoxdur ki, "Turan Tovuz"da çalışmıram. Tovuz mənim üçün uzaqdır, gedib-gəlmək çətindir. Yol adamı yorur".

Qeyd edək ki, Əli Balakişiyev 2023-cü ildən bu vəzifədə çalışırdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM