satellite   Azerspace-1: 11135 H 30000

III MDB Oyunları: Bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək

III MDB Oyunları: Bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək

III MDB Oyunları çərçivəsində bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək.

NTV-nin məlumatına görə, Şəkidə çövkən üzrə bürünc medal uğrunda matçda Qazaxıstan və Qırğızıstan seçmələri üz-üzə gələcəklər.

Şəkidə eyni zamanda bədii gimnastika üzrə yarışlara start veriləcək.

Gəncə İdman Sarayında voleybol yarışının sonuncu günündə mükafatçılar müəyyənləşəcək.

Sözügedən idman mərkəzində qılıncoynatma görüşləri davam edəcək, güllə atıclığına isə yekun vurulacaq.

Bundan başqa, Gəncədə 3x3 basketbol üzrə yarışın mükafatçıları bəlli olacaq.

Mingəçevirdə isə avarçəkmənin kayak və kanoe üzrə final yarışları keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM