Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata əsasən ölkəmizin ev sahibliyi etdiyi III MDB Oyunlarının boks yarışlarında millimizin heyətində çıxış edən Haqverdi Həsənov 63 kq çəki dərəcəsində bürünc medal qazanıb.
Qeyd edək ki, bu, Haqverdinin il ərzində qazandığı dördüncü nailiyyətdir. Belə ki, məşqçi Elnur Kərimlinin yetirməsi 2025-ci ildə Avropa üçüncüsü, ölkə birincisi və beynəlxalq turnir qalibi olmuşdur.
