satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanlı cüdoçular ölkə liqasının mükafatçıları arasında - FOTOLAR

Naxçıvanlı cüdoçular ölkə liqasının mükafatçıları arasında <font color=red> - FOTOLAR</font> Naxçıvanlı cüdoçular ölkə liqasının mükafatçıları arasında <font color=red> - FOTOLAR</font> Naxçıvanlı cüdoçular ölkə liqasının mükafatçıları arasında <font color=red> - FOTOLAR</font>

Bakıda cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının IV – sonuncu turuna yekun vurulub. Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışa Naxçıvandan məşqçi Orxan Quliyevin rəhbərliyi ilə 5 cüdoçu qatılıb. Onlardan 2-si mükafatçı olmağı bacarıb. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə Təmsilçilərimizdən Ləman Bağırova qızların yarışında 28 kq çəki dərəcəsində 4 görüş keçirib. İdmançı finaladək qələbə ilə irəliləsə də, həlledici görüşdə istəyinə çata bilməyib və gümüş medal qazanıb. Oğlanların yarışında mübarizə aparan İsmayıl Şükürlü də eyni qaydada çıxış edib 60 kq çəkidə gümüş medalçı olub.  

Qeyd edək ki, Ləman Bağırova sonuncu turdan öncə reytinq sıralamasına başçılıq edir. Yekun sıralama Azərbaycan Cüdo Federasiyası tərəfindən açıqlanacaqdır.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM