satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanlı idmançılar ölkə kubokunda 7 qızıl medal qazanıblar - FOTOLAR

Naxçıvanlı idmançılar ölkə kubokunda 7 qızıl medal qazanıblar<font color=red> - FOTOLAR</font> Naxçıvanlı idmançılar ölkə kubokunda 7 qızıl medal qazanıblar<font color=red> - FOTOLAR</font> Naxçıvanlı idmançılar ölkə kubokunda 7 qızıl medal qazanıblar<font color=red> - FOTOLAR</font> Naxçıvanlı idmançılar ölkə kubokunda 7 qızıl medal qazanıblar<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, Sərhədçi İdman Olimpiya Mərkəzində MMA, pankration, qrapplinq və qrapplinq-qi idman novləri üzrə ölkə kuboku keçirilib. Naxçıvan Muxtar Respublikasını yarışda “Turan” Döyüş Klubununun 2 məşqçisi və 14 idmançısı təmsil edib. Baş məqşçi Xəyal Abdullayevin rəhbərlik etdiyi klubun üzvlərindən 12-si mükafatçılar sırasına düşərək 7-si qızıl, 3-ü gümüş və 5-i bürünc olmaqla, ümumilikdə 15 medal qazanıblar. 

Dörd yaş qrupunu əhatə edən yarışda təmsilçilərimiz arasında ən yaxşı nəticəyə həm MMA, həm də qrapplinq idman növlərində qızıl medal qazanan Əli Əbilov (2012, 42 kq) nail olub. Onunla yanaşı, Musa Abdullayev (2012, 60 kq), Rəhim Quluzadə (2010, 42 kq), Nurəddin Əliyev (2009, 46 kq) MMA üzrə, Əli Qəribov (2011, 77 kq) və Turqut Abdullayev (2010, 71 kq) isə qrapplinq üzrə birinci yerə sahib çıxaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Rəhim Quluzadə əlavə olaraq qrapplinqdə bürnc mükafatçı olub. 

Klubunun digər idmançılarından Əbülfəz Cəfərov (2011, 47 kq), Tunar Hüseyni (2011, 53 kq), Qadir İsmayılov (2010, 77 kq) və Əsgər Heydərov (2007, 66 kq) MMA üzrə bürünc medal qazanıblar. Qadir İsmayılovun gümüş medalçı olduğu qrapplinq yarışında komanda yoldaşlarından Uğur Bağışov (2011, 57 kq) və Ravil Alməmməd (2009, 71 kq) da eyni uğura nail olublar.

Beləliklə “Turan” Döyüş Klubunun idmançıları MMA idman növündə 8, qrapplinq idman növündə isə 7 medal qazanmağa müvəffəq olublar. Qızıl medal qazanan idmançılar yığma komanda heyətinə cəlb olunacaqlar. 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM