satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan boksçusu Avropa çempionatında finala yüksəlib

Azərbaycan boksçusu Avropa çempionatında finala yüksəlib

Azərbaycan boksçusu Sübhan Mamedov Macarıstanın paytaxtı Budapeştdə keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.

NTV xəbər verir ki, 50 kq çəkidə mübarizə aparan millinin lideri yarımfinalda Luis Runini (İrlandiya) məğlub edib.

İlk 2 raundda qalib gələn Mamedov analoji yarışın son çempionu ilə döyüşü vaxtından əvvəl xeyrinə bitirib. Rəqib güclü zərbədən zədələndiyi üçün həkimlər döyüşü saxlayıb və boksçumuz qalib elan edilib. O, sabah finalda ukraynalı Maksim Rudiklə döyüşəcək.

Elbrus Rzayevin baş məşqçisi olduğu komandanın heyətində digər boksçularımızdan Tağı Nəsibov (60 kq) və Səbuhi Əlizadə (+90 kq) isə Avropa çempionatını bürünc medalla başa vurublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM