satellite   Azerspace-1: 11135 H 30000

Qurban Qurbanov “Qarabağ”ın baş məşqçisi kimi 800-cü oyununa çıxıb

Qurban Qurbanov “Qarabağ”ın baş məşqçisi kimi 800-cü oyununa çıxıb

Qurban Qurbanov “Qarabağ”ın baş məşqçisi kimi 800-cü oyununu keçirib.

NTV xəbər verir ki, bu, Misli Premyer Liqasının XIII turuna təsadüf edib. “Karvan-Yevlax”la ev qarşılaşması (2:0) mütəxəssis üçün yubileylə əlamətdar olub. 2008-ci ilin yayından Ağdam klubunu çalışdıran Qurbanovun yetirmələri bu müddətdə 467 qələbə qazanıb, 185 heç-heçə edib və 148 dəfə uduzub. Bu oyunlarda 1375 qol vuran Ağdam klubu 631 top buraxıb.

Qurbanovun “Qarabağ”a rəhbərlik etdiyi 17 ildə komanda Premyer Liqada 538, kubokda 75, avrokuboklarda 187 matça çıxıb.

Qeyd edək ki, Qurbanov “Qarabağ”da 2008-ci il avqustun 9-da debüt edib. Premyer Liqanın “Bakılı” ilə görüşündə onun yetirmələri 2:1 hesablı qələbə qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM