Lionel Messinin Argentinanın Mar del Plata şəhərindəki heykəli dağıdılıb.
NTV Argentina mətbuatına istinadən xəbər verir ki, heykəli dağıdanlar millinin keçmiş futbolçusu Serxio Aqüeranın abidəsinin ucaldılmasını tələb ediblər.
Messinin heykəli 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Argentina yığmasının qələbəsinə həsr olunmuşdu.
Qeyd edək ki, 38 yaşlı Messi cari mövsüm ABŞ-nin "İnter Mayami" klubunda meydana çıxdığı 41 oyunda 38 qola və 23 məhsuldar ötürməyə imza atıb.
