satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Superliqası: "Fənərbağça" - "Qalatasaray" oyununda qalib müəyyənləşməyib

Türkiyə Superliqası: "Fənərbağça" - "Qalatasaray" oyununda qalib müəyyənləşməyib

Türkiyə Superliqasında "Qalatasaray" səfərdə "Fənərbağça" ilə üz-üzə gəlib.

NTV-nin məlumatına görə, İstanbul derbisi XIV tura təsadüf edib.

"Şükrü Saracoğlu" stadionunda keçirilən qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Hesabı qonaqlardan 27-ci dəqiqədə Leroy Sane açıb. Ev sahibləri məğlubiyyətdən yalnız 90+5-ci dəqiqədə qaça biliblər. Con Duran başla dəqiq oynayıb.

Qeyd edək ki, "sarı-qırmızılar" 33 xalla liderdir. "Fənərbağça" isə 32 xalla ikinci pillədə qərarlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM