Türkiyənin “Beşiktaş” komandasından ayrılacağı ilə bağlı gündəmə gələn Rafa Silva məşqlərə çıxıb.
NTV xəbər verir ki, 32 yaşlı portuqaliyalı futbolçu bu gün İstanbul təmsilçisinin hazırlıq prosesində iştirak edib.
Oyunçu bir müddət zədədən də əziyyət çəkirdi.
Qeyd edək ki, Rafa Silva 2024-cü ilin yayından “Beşiktaş”da çıxış edir.
