satellite   Azerspace-1: 11135 H 30000

Babək rayonunda açıq hava idman qurğuları istifadəyə verilib - FOTOLAR

Babək rayonunda açıq hava idman qurğuları istifadəyə verilib<font color=red> - FOTOLAR</font> Babək rayonunda açıq hava idman qurğuları istifadəyə verilib<font color=red> - FOTOLAR</font> Babək rayonunda açıq hava idman qurğuları istifadəyə verilib<font color=red> - FOTOLAR</font> Babək rayonunda açıq hava idman qurğuları istifadəyə verilib<font color=red> - FOTOLAR</font> Babək rayonunda açıq hava idman qurğuları istifadəyə verilib<font color=red> - FOTOLAR</font> Babək rayonunda açıq hava idman qurğuları istifadəyə verilib<font color=red> - FOTOLAR</font> Babək rayonunda açıq hava idman qurğuları istifadəyə verilib<font color=red> - FOTOLAR</font> Babək rayonunda açıq hava idman qurğuları istifadəyə verilib<font color=red> - FOTOLAR</font> Babək rayonunda açıq hava idman qurğuları istifadəyə verilib<font color=red> - FOTOLAR</font>

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir. Dövlət Proqramının 2025–2027-ci illər üzrə Təfsilatlı tədbirlər planına əsasən görülmüş işlər nəticəsində Babək rayonunda iki yerdə sadə tipli açıq hava idman qurğuları istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NTV bildirilib ki, dekabrın 16-da muxtar respublikanın gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov və Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov Babək şəhərində və Nehrəm qəsəbəsində istifadəyə verilən açıq hava idman qurğularına baxış keçiriblər. Rəsmilər dövlətin əsasən vətəndaş sağlamlığına, gənclərin fiziki inkişafına yönələn bu infrastruktur layihəsinin sakinlər üçün faydalı olacağına inamını ifadə edib və alətlərdən səmərəli istifadənin vacibliyini diqqətə çatdırıblar.

Qeyd edək ki, Dövlət Proqramına uyğun olaraq sadə tipli açıq hava idman qurğuları muxtar respublikanın bütün rayonlarını əhatə edəcək. Şərur və Ordubad şəhərlərinin hər birində iki, Culfa və Şahbuz şəhərlərinin hər birində bir, Sədərək rayonunun Sədərək kəndi, Kəngərli rayonunun Qıvraq qəsəbəsi və Babək rayonunun Cəhri qəsəbələrinin hər birində bir yerdə açıq hava idman qurğuları istifadəyə veriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM