Bakının idman infrastrukturunu yüksək qiymətləndiririk.
NTV xəbər verir ki, bu sözləri Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES) baş katibi Huqo Alonso Kastanon Bakı şəhərinin “Dünya İdman Paytaxtı” (“World Capital of Sports”) elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, əsas məqsəd Azərbaycanda idmanı daha da kütləviləşdirmək və hər kəs üçün əlçatan etməkdir: “Əminəm ki, buna nail olacağıq. Əgər siz bədən tərbiyəsi və idmanla məşğul olsanız, bunun müsbət nəticələrini görəcəksiniz. Biz bilirik ki, ölkənizdə müxtəlif idman növləri üzrə böyük mötəbər tədbirlər keçirilir. Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq”.
