satellite   Azerspace-1: 11135 H 30000

Bu gün Misli Premyer Liqasında daha iki oyun keçiriləcək

Bu gün Misli Premyer Liqasında daha iki oyun keçiriləcək

Bu gün Misli Premyer Liqasının XVII turunda daha iki oyun keçiriləcək.

NTV xəbər verir ki, əvvəlcə meydana "Şamaxı" və "Qəbələ" komandaları çıxacaq. Şamaxı şəhər stadionunda təşkil olunacaq görüş saat 14:00-da başlayacaq. Meydan sahibləri 20 xalla 8-ci, qonaqlar isə 8 xalla 11-ci yerdədir.

Günün son matçında "Qarabağ" "Azərsun Arena"da "Kəpəz"lə üz-üzə gələcək. Oyun saat 16:30-da start götürəcək. Ağdam klubu 36 xalla 2-ci, Gəncə təmsilçisi isə 9 xalla 10-cu sıradadır.

Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə "İmişli" "Araz-Naxçıvan"la (2:2), "Neftçi" isə "Zirə" ilə (0:0) bərabərə qalıb. Tura yanvarın 25-də yekun vurulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM