satellite   Azerspace-1: 11135 H 30000

Misli Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib

Misli Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib

Misli Premyer Liqasının XVII turunda daha bir oyun keçirilib.

NTV xəbər verir ki, "Şamaxı" doğma meydanda "Qəbələ"ni qəbul edib.

Şamaxı şəhər stadionunda oynanılan görüş qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahibləri 20 xalla 8-ci, qonaqlar isə 11 xalla 10-cu yerdədir.

Günün son matçında "Qarabağ" "Azərsun Arena"da "Kəpəz"lə üz-üzə gələcək.

Oyun saat 16:30-da start götürəcək.

Ağdam klubu 36 xalla 2-ci, Gəncə təmsilçisi isə 9 xalla 11-ci sıradadır.

Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə "İmişli" "Araz-Naxçıvan"la (2:2), "Neftçi" isə "Zirə" ilə (0:0) bərabər qalıb.

Tura yanvarın 25-də yekun vurulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM